https://news.day.az/azerinews/1871236.html Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq hallarını pisləyib Son günlər jurnalistlərin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, fiziki zorakılığa məruz qoyulması və peşə fəaliyyətlərinə maneələrin yaradılması narahatlıq doğurur. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında bildirilib.

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq hallarını pisləyib

Azərbaycanca, 1 ноября 2026 14:06 (UTC +04:00) 320
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq hallarını pisləyib

Son günlər jurnalistlərin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, fiziki zorakılığa məruz qoyulması və peşə fəaliyyətlərinə maneələrin yaradılması narahatlıq doğurur.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.

Bildirilib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.

Şura jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə pisləyib, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edib.

Qurum hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa, onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости