İntihar edən MTN polkovniki dəfn edilib

Day.Az представляет новость на азербайджанском языке

Əliyev saat 13 radələrində torpağa tapşırılıb.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Musavat.com xəbər verir ki, İ.Əliyev saat 13 radələrində torpağa tapşırılıb. 

Dəfn mərasimində mərhumun atası Mustafa Əliyev və yaxınları iştirak edib.

İ.Əliyevin dəfni zamanı çəkilişə icazə verilməyib.

Xatırladaq ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.