https://news.day.az/azerinews/731726.html Jurnalistlər üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt AÇIQLANDI

Jurnalistlər üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt AÇIQLANDI

Azərbaycanca, 24 декабря 2015 13:49 (UTC +04:00) 1 504
Jurnalistlər üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt

Day.Az представляет новость на азербайджанском языке

Jurnalistlər üçün tikilən ikinci binanın tikintisi gələn ilin sonlarında yekunlaşacaq.

Bunu "report"a açıqlamasında KİVDF-nin sədri Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə, ikinci bina jurnalistlərə gələn ilin dekabr ayında təqdim ediləcək: "Prezidentimiz dünyanın heç bir yerində analoqu olmayan addım atdı. 2013-cü ildə prezidentin sərəncamı əsasında biz bu binanın təməlini qoyduq.

Birinci binada 156 jurnalistə mənzil təqdim edildi. Bu gün də gördüyünüz kimi artıq onların mənzilləri üçün sənədlər təqdim edilir. Bunun məhz prezidentin ad gününə təsadüf etməsi isə bizim üçün daha da xoş oldu".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости