İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib

Day.Az представляет новость на азербайджанском языке

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçinin cəsədi gətirilmişdir

Xəbər verdiyimiz kimi, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.

Məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıtmışdır. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilmiş və aidiyyatı üzrə təhvil verilmişdir.

Trend

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.