İtkin düşən neftçilərin ailə üzvləri də axtarışa cəlb olundu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabr 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

Day.Az-ın SOCAR-ın rəsmi saytına istinadən xəbərinə görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.