https://news.day.az/azerinews/734580.html Cəsədi tapılan neftçilərin şəxsiyyətləri BİLİNDİ

Cəsədi tapılan neftçilərin şəxsiyyətləri BİLİNDİ

Azərbaycanca, 4 января 2016 13:48 (UTC +04:00) 1 192
Cəsədi tapılan neftçilərin şəxsiyyətləri

Day.Az представляет новость на азербайджанском языке

Dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən iki Azərbaycan neftçisinin kimliyi müəyyən olunub.

Day.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən, tapılanlar "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости