İtkin düşən neftçilərdən daha birinin cəsədi

Day.Az представляет новость на азербайджанском языке

----------
17:53

Xəzərin Türkmənistan sahillərində meyiti tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən, bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin kimliyi məlum olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlu olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov" gəmisi kişi cəsədi aşkar edib.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Rovşan" gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.

----------
15:32

Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu barədə Azərbaycan tərəfinə məlumat verilib.

Day.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və "Azneft" İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və Günəşli yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.