Nazirlik “Günəşli” faciəsinin ekoloji təsirini açıqladı

Day.Az представляет новость на азербайджанском языке.

"Günəşli" yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda da davam etdirilir.

Trend-in məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin illik hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib.

Xəzər dənizinin Azərbaycan sektorunda 4 775 nümunə üzərində 52 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb.

Geoloji-kəşfiyyat işləri 58 zonada yerinə yetirilib. Axtarış işləri nəticəsində xammal ehtiyatını yüksək səviyyədə təmin edə biləcək qara, əlvan və nəcib metallar üzrə perspektivli sahələr və zonalar aşkarlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.