"MTN işi"nə görə həbs edilən baş mühasiblə bağlı yeni

Day.Az представляет новость на азербайджанском языке

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin həbsdə olan baş mühasibi Anar Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Day.Az bildirir ki, vəkil Gülşən Salmanovanın APA-ya verdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsi həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, A.Mustafayev "MTN işi"nə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən ittiham olunur. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.