https://news.day.az/azerinews/772017.html Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Azərbaycanca, 20 апреля 2016 09:48 (UTC +04:00) 1 367
Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, bu il aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyidin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Day.Az bildirir ki, bu barədə report-a Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar, FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости