İŞİD-ə qoşulan jurnalist Fransada planlaşdırılan terror aktını kameraya çəkdi

Day.Az представляет новость на азербайджанском языке

Fransız jurnalisti üç ay ərzində radikal islamçı birləşmələrin arasına girərək Fransada İŞİD adından planlaşdırdıqları terror aktını gizli kameraya çəkib.

Day.Az report-a istinadən bildirir ki, o, "Səid Ramzi" təxəllüsündən istifadə edərək "Allahın Əsgərləri" adlı sənədli filmin çəkilişi üçün araşdırma aparıb. Film bu gün Fransada nümayiş etdiriləcək.
"Mənim hədəfim onların düşüncələrində nələrin olduğunu anlamaq idi" - deyə o, "Franss Press" agentliyinə bildirib.

"Əsas bilgilərimdən biri ondan ibarətdir ki, onların hərəkətlərində heç vaxt İslam dininin əlamətləri müşahidə olunmurdu. Dünyanı yaxşılaşdırmağı arzu etmirdilər. Onlar yalnız intihara meylli, manipulyasiyaların təsirinə düşən cavan insanlardır", - deyə jurnalist qeyd edib.
"Rəmzi" bildirib ki, o, radikal silahlı birləşmələrə çox asan - sosial şəbəkə vasitəsilə qoşulub və bundan sonra daim terrorçuların düşərgəsində olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.