Qadın məşhur jurnalisti kürəyindən bıçaqladı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə "Best FM" radiosunun aparıcısı Cem Arslan işdən çıxarkən bir qadın tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, kürəyindən xəsarət alan jurnalist ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

İlkin tibbi müdaxilədən sonra aparıcının vəziyyətinin normal olduğu bildirilir.

Polis qısa müddətdə qadını yaxalayıb. Hadisənin hansı səbəbdən baş verdiyi barədə açıqlama verilməyib.

XXX

"Best fm"də "Gazor" adlı radioverilişin məşhur dj-i Cem Arslan ötən axşamkı verilişin ardından Müge Arcan adlı bir qadının bıçaqla hücumuna məruz qalıb.

Milli.Az milliyet-ə istinadən bildirir ki, jurnalist kürəyindən yaralanıb. Təcavüz edən Müge Arcan polis tərəfindən hadisə yerindəcə saxlanılarkən, ölümdən dönən Arslan çatdırıldığı xəstəxanada həkimlərin nəzarəti altındadır.

Müge Arcanın Türkiyənin ən qocaman radio aparıcılarından olan Cem Arslana yaxın olan qadın dj-lərə də sui-qəsd planının olduğu, hətta 2010-cu ildə bir qadını dj Mine A. zənn edərək kürəyindən bıçaqladığı da məlum olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.