Aydın Mirzəzadə: "Qorbaçov cəlladlarına ən yaxşı cavab müstəqil dövlətimizin qüdrətlənməsidir"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün tariximizin ən faciəli günlərindən birinin - 20 yanvar 1990-cı il faciəsinin ildönümüdür. Həmin dövrdə SSRİ dövləti vətəndaşlarını qorumaq əvəzinə onun qatilinə çevrildi. Xalqın öz hüquqlarını qorumaq qətiyyəti isə onun ən dəyərli övladlarının itkisinə səbəb oldu.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Millət vəkili əlavə edib: "Həmin günün xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır, Qorbaçov cəlladlarına ən yaxşı cavab müstəqil dövlətimizin qüdrətlənməsi və tarixi yaddaşımızın yaşamasıdır. Allah şəhidlərə rəhmət eləsin!"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.