https://news.day.az/azerinews/874391.html Mədət Quliyev: "Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur"

Mədət Quliyev: "Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur"

Azərbaycanca, 3 марта 2017 11:35 (UTC +04:00) 907
Mədət Quliyev: "Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev bildirib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir:

"Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır".

DTX rəisi qeyd edib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur və beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости