https://news.day.az/azerinews/979297.html "Pəncərəsi açıq olub, girmişəm" - Bir gecədə 3 ev yaran oğru - FOTO - VİDEO Day.Az представляет новость на азербайджанском языке Bakının Sabunçu rayonu şəhər Şossesi küçəsində yerləşən Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

"Pəncərəsi açıq olub, girmişəm" - Bir gecədə 3 ev yaran oğru - FOTO - VİDEO

Azərbaycanca, 20 февраля 2018 13:54 (UTC +04:00) 991
"Pəncərəsi açıq olub, girmişəm" - Bir gecədə 3 ev yaran oğru

Day.Az представляет новость на азербайджанском языке

Bakının Sabunçu rayonu şəhər Şossesi küçəsində yerləşən Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Hadıyev Sabunçu Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, evdə olmadığı müddətdə mənzilin pəncərəsi qırılıb və oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Onun eyni gündə daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.

Elmin İsayev (saxlanılan şəxs): "3 dənə evə girmişəm. Birindən heç nə çıxmayıb, birindən 1 dənə üzük, birindən də 3 dənə üzük və 90 manat pul. Qızılları satmışam, pulu da xərcləmişəm. Pəncərəsi açıq olub, girmişəm".

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

  • "Pəncərəsi açıq olub, girmişəm" - Bir gecədə 3 ev yaran oğru

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости