https://news.day.az/society/560158.html Bakıda biabırçılıq: azərbaycanlılara giriş qadağandır

Bakıda biabırçılıq: azərbaycanlılara giriş qadağandır

Общество, 1 марта 2015 19:34 (UTC +04:00) 26 727
Bakıda biabırçılıq: azərbaycanlılara giriş qadağandır Day.Az представляет новость на азербайджанском языке:

Bakının mərkəzində - Tolstoy küçəsində yerləşən "Refresh" adlı "Pub-Kafe"yə azərbaycanlılar buraxılmır. Milli.Az xəbər verir ki, bu barədə jurnalist Pərviz Əzimov Facebook profilində məlumat verib.

O yazıb: "Şəhərdə "Refresh" adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlıları bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyəni qorumaq istəyirlər. Ancaq ümumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda bir pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.

İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var və çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm".
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости