https://news.day.az/society/727170.html MTN-də ixtisarlar davam edəcək - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

MTN-də ixtisarlar davam edəcək - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Общество, 11 декабря 2015 13:34 (UTC +04:00) 849
MTN-də ixtisarlar davam edəcək

Day.Az представляет новость на азербайджанском языке

----------
13:34

Trend-in məlumatına görə, Mədət Quliyev bildirib ki, ixtisarlar artıq olub: "Mənim işlədiyim müddətdə 250-dən artıq yararsız əməkdaş MTN-dən xaric olunub. MTN-lə bağlı aparılan istintaq üzrə Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və davam etdirilir. Adı cinayət işində keçənlər cinayət məsuliyyətinə cəlb edilərək həbs olunurlar. Bu iş davam etdirilir, hər bir cinayət etmiş şəxs layiqincə qanun qarşısında cavab verəcək".

MTN-in bundan sonrakı siyasəti haqqında danışan M.Quliyev bildirib: "Yolumuz birdir, ümummilli lider Heydər Əliyev kursudur. Möhtərəm prezident İlham Əliyev bu yolu uğurla davam etdirir və biz də respublikamızın təhlükəsizliyini təmin edəcəyik".

---------
12:34

Milli Təhlükəsiz Nazirliyində ixtisarlar davam edəcək.

Trend-in məlumatına görə, bunu milli təhlükəsizlik naziri səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib. M.Quliyev deyib ki, son vaxtlar MTN-də boşalan vəzifələrə hələ təyinatlar olmayıb: "Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkilolunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости