Dünya bu görüntüdən danışır

Day.Az представляет новость на азербайджанском языке.

Əfqanıstanda ötən ilin mart ayında çəkildiyi iddia edilən bir görüntü sosial mediada müzakirə mövzusu oldu. Videoda bir Taliban düşərgəsinin havadan bombalandığı görülür. Hücumu reallaşdıran cismin şəkli və havada hərəkətsiz kimi dayanması hər kəsi çaşqna çevirib. İndi soruşulan tək sual bombardmanı edən cismin nə olduğudu. İngilis Mirror qəzetinin xəbərinə görə, video paylaşma saytlarına dünən yüklənən görüntü, mart ayında NATO konvoyundakı ABŞ əsgərləri tərəfindən Əfqanıstanın şərqindəki Asadabad şəhəri yaxınlığında çəkilib. Qısa müddətdə minlərlə adam tərəfindən izlənilən videoda, üçbucaq şəkilli bir hava vasitəsinin Taliban düşərgəsi olduğu iddia edilən bir yeri bombaladığı görünür. Xəbərə görə, görüntülərlə əlaqədar hələ rəsmi bir açıqlama yoxdur. Ancaq minlərlə istifadəçi videodakı hava vasitəsinin bir xüsusi effekt hiyləsi ola biləcəyini, düşərgənin uzaqdan bombalanmış ola biləcəyini yazır.

Strategiya.az həmin videonu sizə təqdim edir

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Videonu izləmək üçün şəkilə klikləyin.

фото