Sağlam qalmaq üçün ADDIMLAYIN
Day.Az представляет новость на азербайджанском языке
Öz sağlamlığının qeydinə qalan hər bir şəxs gün ərzində 10 min addım atmalıdır.
Bunu Rusiya Səhiyyə Nazirliyinin əməkdaşı, tibb elmləri doktoru Olqa Tkaçyova deyib.
Onun sözlərinə görə, insan fiziki aktivliyə əməl etməlidir:
"Sağlam qalmaq üçün insan gündə 10 min addım atmalı, 40 dəqiqə sürətli gəzintiyə ayırmalı, heç olmasa həftədə iki dəfə üzməli və ya velosiped sürməlidir".
Mütəxəssis əlavə edib ki, 60 yaşdan sonra aktiv həyat sürmək üçün zərərli vərdişlərdən - siqaret çəkmək və spirtli içkiləri həddən çox içmək - imtina etmək lazımdır.
O, şirin və duzlu yeməkləri də çox yeməməyi məsləhət görüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре