https://news.day.az/azerinews/1272128.html İnzibati-iqtisadi məhkəmələrin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin sayı azaldıldı - QƏRAR

İnzibati-iqtisadi məhkəmələrin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin sayı azaldıldı - QƏRAR

Azərbaycanca, 18 сентября 2020 19:36 (UTC +04:00) 9 341
İnzibati-iqtisadi məhkəmələrin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin sayı azaldıldı

Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" 2011-ci il 18 iyul tarixli 120 nömrəli və "Elektrik qurğularının quraşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Qərar verib.

Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, bu Qərarla Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda dəyişiklik edilərək "inzibati-iqtisadi məhkəmələrin" sözləri "inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin" sözləri ilə əvəz edilib.

Əvvəllər ölkə üzrə mövcud olmuş 5 inzibati-iqtisadi məhkəmənin istifadəsi üçün 10 avtomobil nəzərdə tutulurdu.

Bu Qərarla nəzərdə tutulmuş daha bir dəyişiklikdən sonra isə hazırda ölkə üzrə fəaliyyət göstərən 5 inzibati məhkəmənin istifadəsi üçün 8, 5 kommersiya məhkəməsinin istifadəsi üçün də 8 avtomobilin istifadəsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" 2011-ci il 18 iyul tarixli 120 nömrəli və "Elektrik qurğularının quraşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında müvafiq olaraq dəyişikliklər edilərək uyğunlaşdırılma aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости