"Maxim" şəhər mobillik xidməti yük daşımalarını və yükdaşıyan xidmətlərini göstərməyə başladı (R)
Bakı, Gəncə və Sumqayıt sakinləri köçmə zamanı əşyaların, məişət texnikasının və digər yüklərin daşınmasını sifariş edə bilərlər. Vəziyyətdən asılı olaraq yükqaldırma qabiliyyəti 750 - kiloqramadək və ya 1,5 tonadək və kiçik kuzovu olan avtomobil seçmək olar.
Kiçik kuzov, məsələn, televizorun, qutuların, sobanın və s. daşınması lazım olduqda uyğun olar. Sifarişlər artırılmış yük yeri və ya qoşqusu olan minik avtomobillərlə yerinə yetirilir.
Əgər, məsələn, mebeli, tikinti materiallarını, məişət və ofis texnikasını daşımaq lazımdırsa, standart yükqaldırma qabiliyyəti 1,5 tonadək və uzunluğu 3 metrəyədək olan yük avtomobilini seçmək tövsiyə olunur. Xidmətin istifadəçiləri bu variantı köçmə zamanı tez-tez seçirlər.
Tarifə yükdaşıyan xidmətləri daxil deyil, ona görə sifariş zamanı, sifarişə arzularda "Sürücünün köməyi" opsiyasını qeyd etməklə, sürücüdən yüklərin yüklənməsi və boşaldılmasını xahiş etmək olar.
Lazım olduqda "Yükdaşıyan" tarifi üzrə ayrıca sifariş etmək olar. Bu xidmət saathesabı ödənilir.
Sifarişdə yüklənib-boşaldılması lazım olan əşyalar, mərtəbələrin sayını, qalan pulun qaytarılmalı olan əskinasın nominalını qeyd etmək olar.
Sifarişi istənilən rahat üsulla rəsmiləşdirmək olar: "Maxim" mobil tətbiqində və ya taximaxim.com/az saytında.
Mobil tətbiqlə sifarişə görə 10 AZN hədiyyə
"Maxim" hər yeni istifadəçiyə mobil tətbiqdə daxil edilməli DAYAZ promo kodu üzrə 10 bonus manatı hədiyyə edir. Promo kod aktivasiya edildiyi zaman hesaba sifarişin qiymətinin 10%-dək ödəyə biləcəyiniz 10 bonus manatı köçürüləcək. Aksiya 31.12.2023-cü il tarixinədək qüvvədədir.
"Maxim"lə qazan
"Maxim" öz partnyorlarına onlara sərf edən tariflərlə sifarişləri yerinə yetirməyi təklif edir. Xidmətlə əməkdaşlıq həm əsas iş, həm də boş vaxtda əlavə qazanc mənbəyi ola bilər. Qazanmağa başlamaq üçün Taxsee Driver mobil tətbiqini yükləmək, orada və ya saytda qeydiyyatdan keçmək lazımdır.
Məlumat
"Maxim" Azərbaycan Respublikasında fəaliyyətinə 2017-ci ildə başladı, ilk şəhər Bakı oldu. Hazırda xidmətdən ölkənin daha beş şəhərinin sakinləri və qonaqları yararlanmaq imkanına malikdirlər: Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qəbələ.
"Maxim" 2003-cü ildən etibarən nəqliyyatın və digər xidmətlərin sifarişini daha müasir, əlçatan və təhlükəsiz edən innovativ texnologiyalar yaradır. Xidmət tərəfindən istifadə olunan proqram-aparat kompleks məhdudiyyətsiz sayda sifarişçiləri və icraçıları qoşmağa və milyonlarla sifarişləri işləməyə imkan verir.
Xidmətlərin sifarişi üçün "Maxim" mobil tətbiqi və sifarişlərlə iş üçün Taxsee Driver mobil tətbiqi milyonlarla istifadəçisi olan mobil tətbiqlərin top siyahısında yer alır.
Xidmətdən dünyanın 18 ölkəsində istifadə etmək olar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре