https://news.day.az/azerinews/1599071.html "Nisə Qasımova toxunulmazdır" - Muraddan Ceyran Haşımovaya Xəbər verdiyimiz kimi, Xalq artisti Ceyran Haşımova Xalq artisti Nisə Qasımovadan incidiyini açıqlayıb. Day.Az Axşam.az-a istinadən xəbər verir ki, musiqiçinin müğənninin ünvanına dediyi "Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Nisəyə haqqımı halal etmirəm.

"Nisə Qasımova toxunulmazdır" - Muraddan Ceyran Haşımovaya

Azərbaycanca, 19 сентября 2023 10:12 (UTC +04:00) 959
"Nisə Qasımova toxunulmazdır"

Xəbər verdiyimiz kimi, Xalq artisti Ceyran Haşımova Xalq artisti Nisə Qasımovadan incidiyini açıqlayıb. 

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, musiqiçinin müğənninin ünvanına dediyi "Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Nisəyə haqqımı halal etmirəm. Heç zaman da ona haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm" sözləri birmənalı qarşılanmayıb. 

C.Haşımovaya müğənni Murad Arif cavab verib. O, Axşam.az-ın instaqram səhifəsinə rəy yazaraq, bunları qeyd edib:

"Bu söhbətlərin heç yeri yoxdur. Xüsusən də indi... Nisə Qasımova hər halıyla toxunulmazdır, xalqın dəyərlisidir. Necəsə parlayacaqdı. Tanrının yazısıdır və vergisidir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости