https://news.day.az/azerinews/1796609.html Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib Day.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Azərbaycanca, 19 ноября 2025 20:55 (UTC +04:00) 389
Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, "Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.

Buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.

Ekipaj tərəfindən operativ qərar qəbul edilərək, reys Bakı üzərinə yönləndirilib və təyyarə yerli vaxtla 19:44-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Tibbi xidmət tərəfindən sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və onun vəziyyəti ilə bağlı müvafiq tibbi prosedurlar hazırda davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün reyslər üzrə uçuşların təhlükəsizliyini və sərnişinlərin rifahını təmin etmək məqsədilə beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiya işlərini həyata keçirməyə davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости