https://news.day.az/azerinews/1849478.html “Çelsi”nin ən bahalı transferi oldu İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers "Aston Villa"dan "Çelsi"yə keçib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  London klubu futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalayıb. "Sky Sports"un məlumatına görə, transferin məbləği 117 milyon funt-sterlinq olub. Bu, "Çelsi" tarixində ən bahalı keçiddir.

“Çelsi”nin ən bahalı transferi oldu

Azərbaycanca, 22 июля 2026 10:04 (UTC +04:00) 264
“Çelsi”nin ən bahalı transferi oldu

İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers "Aston Villa"dan "Çelsi"yə keçib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  London klubu futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalayıb.

"Sky Sports"un məlumatına görə, transferin məbləği 117 milyon funt-sterlinq olub. Bu, "Çelsi" tarixində ən bahalı keçiddir. Rocers, eyni zamanda ən bahalı ingilis futbolçu olub. Ondan əvvəl rekord ötən yay "Nyukasl"dan "Liverpul"a 125 milyon funt-sterlinqə keçən Aleksandr İsaka məxsus idi.

İyirmi üç yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib. O, İngiltərə millisində 22 oyun keçirib.

Qeyd edək ki, "Aston Villa" ötən mövsüm Premyer Liqanı dördüncü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb. "Çelsi" isə 10-cu yeri tutub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости