Messidən futbolçuya yaraşmaya hərəkət
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi və komandanın qapıçısı Yen Frey MLS-in müntəzəm çempionatında "Filadelfiya Yunion"la keçirilən oyundan sonra cərimələniblər.
Day.Az unikal-a istinadən xəbər verir ki, qarşılaşma zamanı Messi Kavan Sallivanla mübahisə zamanı onun başına şillə ilə zərbə endirib.
Daha sonra eyni futbolçu ilə Yen Frey arasında da insident yaşanıb. Qaşılaşmanın əlavə olunmuş dəqiqələrində isə Kavan Sallivan və Yannik Brayt əlbəyaxa olub. Hər iki futbolçu meydandan qovulub.
Görüşdəki mübahisəli epizodlar müstəqil komissiya tərəfindən yenidən nəzərdən keçirilib. Nəticədə Kavan Sallivana göstərilən qırmızı vərəqə yekdilliklə ləğv edilib.
Messi və Frey isə davranışlarına görə pul cəriməsinə məruz qalıblar. Cərimələrin məbləği açıqlanmayıb.
Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре