https://news.day.az/azerinews/1867842.html “Qarabağ” - “Neftçi” qarşılaşmasında inanılmaz sonluq: altı qol və dramatik heç-heçə - VİDEO Misli Premyer Liqasının səkkizinci turunda "Qarabağ" və "Neftçi" arasında keçirilən qarşılaşma dramatik heç-heçə ilə başa çatıb. Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə altı qol vurulub - 3:3. Qarşılaşmada hesabı 11-ci dəqiqədə "Neftçi"nin futbolçusu Qustavo Klisman açıb.

“Qarabağ” - “Neftçi” qarşılaşmasında inanılmaz sonluq: altı qol və dramatik heç-heçə - VİDEO

Azərbaycanca, 17 октября 2026 21:21 (UTC +04:00) 373
“Qarabağ” - “Neftçi” qarşılaşmasında inanılmaz sonluq: altı qol və dramatik heç-heçə

Misli Premyer Liqasının səkkizinci turunda "Qarabağ" və "Neftçi" arasında keçirilən qarşılaşma dramatik heç-heçə ilə başa çatıb.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə altı qol vurulub - 3:3.

Qarşılaşmada hesabı 11-ci dəqiqədə "Neftçi"nin futbolçusu Qustavo Klisman açıb. Yeddi dəqiqə sonra Aleksey Kaşuk tarazlığı bərpa edib. Lakin 34-cü dəqiqədə Klisman ikinci dəfə fərqlənərək paytaxt təmsilçisini yenidən önə keçirib. İlk hissə "Neftçi"nin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissədə də qonaqlar fərqləniblər. 52-ci dəqiqədə Draqolyub Saviç hesabı 3:1-ə çatdırıb.

Buna baxmayaraq, "Qarabağ" son dəqiqələrdə geridönüş etməyi bacarıb. Əvvəlcə 89-cu dəqiqədə Renaldo Sefas fərqi minimuma endirib. Oyunun əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə isə Kadi Borqes hesabı bərabərləşdirib - 3:3.

Beləliklə, "Qarabağ" son anlarda məğlubiyyətdən xilas olub, "Neftçi" isə iki topluq üstünlüyünü qoruya bilməyib.

Bu nəticədən sonra hər iki komanda xalını 17-yə çatdırıb. Turnir cədvəlində "Neftçi" ikinci, "Qarabağ" isə üçüncü pillədə qərarlaşıb. Lider isə bu gün "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edən "Sabah"dır. Aktivində 19 xal olan Masazır təmsilçisinin ehtiyatda bir oyunu da var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости