https://news.day.az/azerinews/1867952.html Bakının bu ərazisində işıq olmayacaq Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması işləri aparılacaq.

Bakının bu ərazisində işıq olmayacaq

Azərbaycanca, 19 октября 2026 09:14 (UTC +04:00) 156
Bakının bu ərazisində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması işləri aparılacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumata əsasən, təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev və Cəmşid Naxçıvanski küçələrində, İsmayıl Məmmədov küçəsinin, eləcə də Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması təmin ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости