https://news.day.az/azerinews/1868220.html Bakının bu ərazisində işıqlar sönəcək Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bakının bu ərazisində işıqlar sönəcək

Azərbaycanca, 20 октября 2026 09:48 (UTC +04:00) 189
Bakının bu ərazisində işıqlar sönəcək

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev və Zərgərpalan küçələrində, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Qeyd olunub ki, görüləcək işlər elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости