https://news.day.az/azerinews/1868544.html Azərbaycanda ailələrin sayı açıqlanıb Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova şərşənbə günü "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.

Azərbaycanda ailələrin sayı açıqlanıb

Azərbaycanca, 21 октября 2026 12:09 (UTC +04:00) 187
Azərbaycanda ailələrin sayı açıqlanıb

Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova şərşənbə günü "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, uşaqların rəqəmsal təhlükəsizliyi məsələlərində ailənin rolu birmənalı olaraq əvəzolunmazdır.

"Uşağı qorumaq, onun internetdən istifadəsini nəzarət etməklə yanaşı, onda düzgün seçim etmək, məlumatı tənqidi qiymətləndirmək, şəxsi sərhədlərini və hüquqlarını qorumağı öyrətmək vacib məsələdir.

Bunun üçün valideyn özü bu prosesdə öyrənməli, ilk növbədə uşaqlarını dinləməlidir, onunla etibarlı münasibət qurmalıdır. Rəqəmsal mühitdə özünün də məsuliyyətli davranışı nümunəsi ilə ona təsir göstərməlidir. Ailənin rifahı həm də sağlam həyat tərzindən, psixoloji rahatlıqdan, ailə üzvlərinin bir-birinə ayırdığı vaxtdan asılıdır",- deyə o bildirib.

B.Muradova bildirib ki, ölkəmizdə 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur.

"Onların da 1,3 milyonundan çoxu 18 yaşadək uşağı olan ailələrdir. Bu göstəricilər ailə institutunun möhkəmləndirilməsi baxımından hər birimizin üzərinə vəzifə qoyur. Çünki ailə təsərrüfatlarının sayı, oradakı, çoxuşaqlı, çox =formatlı ailələrin tərkibi bizə bütün bunları həm siyasət, həm də mexanizmlərdə nəzərə almaq vəzifəsi qoyur.

Dövlət komitəsi olaraq hələ də "Ailə konsepsiyası" üzərində işləyirik. Bu layihə artıq müvafiq qurumlara göndərilir və hər qurumun onunla bağlı təklifləri nəzərə alınacaq, daha sonra onun ictimai müzakirələri keçiriləcək. Həm Azərbaycan ailələri, həm bu sahə üzrə mütəxəssislər, ekspertlər, bir sözlə, kimin buna töhfə vermək imkanı varsa, hər kəsin fikirləri dinləniləcəkdir",- deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости