https://news.day.az/azerinews/1868556.html Xalçayuma adı ilə vətəndaşları aldatdı - SAXLANILDI - VİDEO Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb. Day.Az-ın məlumatına görə, Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Xalçayuma adı ilə vətəndaşları aldatdı - SAXLANILDI - VİDEO

Azərbaycanca, 21 октября 2026 12:28 (UTC +04:00) 192
Xalçayuma adı ilə vətəndaşları aldatdı

Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.

Day.Az-ın məlumatına görə, Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb. Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости