https://news.day.az/azerinews/1870823.html Sahibə Qafarova deputata irad bildirdi: “Niyə bu işlərə ləkə salırsınız?” Milli Məclisin sədri Sahibə Qafarova deputat Aqil Abbasa irad bildirib. Day.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin plenar iclasında çıxış edən deputat Ağdamda ata mülkü və torpaq sahəsi olmasına baxmayaraq, özünün və bacı-qardaşlarının yeni tikilən evlərdən mənzil ala bilmədiyini deyib.

Sahibə Qafarova deputata irad bildirdi: “Niyə bu işlərə ləkə salırsınız?”

Azərbaycanca, 30 октября 2026 13:13 (UTC +04:00) 358
Sahibə Qafarova deputata irad bildirdi:

Milli Məclisin sədri Sahibə Qafarova deputat Aqil Abbasa irad bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin plenar iclasında çıxış edən deputat Ağdamda ata mülkü və torpaq sahəsi olmasına baxmayaraq, özünün və bacı-qardaşlarının yeni tikilən evlərdən mənzil ala bilmədiyini deyib.

Deputat bildirib ki, uzun illərdir Bakıda yaşadığına görə Ağdam üzrə qeydiyyatı yoxdur. Onun sözlərinə görə, bacı-qardaşlarının da müxtəlif səbəblərdən qeydiyyatları dəyişdiyindən mənzil bölgüsündə nəzərə alınmayıblar.

O, Ağdamda özünə ev almaq məcburiyyətində qaldığını da bildirib:

"Deməli, mən gedib Ağdamdan öz puluma ev almalıyam. Niyə? Mən də, qardaşım da, beş bacım da... Heç bir bacımın, qardaşımın evi düşməyib".

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi fikirlərə etiraz edib. O, Ağdamda genişmiqyaslı tikinti və köçürülmə işlərinin aparıldığını xatırladaraq, evlərin kimlərə verildiyini sual edib.

"Bəs kimə yer verirlər? Hardan gətirirlər? Hansı ölkədən gətirib ora məskunlaşdırırlar onları? Niyə siz bu məsələni gətirib bu gün burada qaldırırsınız? Niyə belə siz bu işlərə ləkə salırsınız?", - deyə Sahibə Qafarova bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости