https://news.day.az/azerinews/1871043.html Dördüncü mərtəbədən yıxılan şəxs xilas edildi Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dördüncü mərtəbədən yıxılan şəxs xilas edildi

Azərbaycanca, 31 октября 2026 10:58 (UTC +04:00) 201
Dördüncü mərtəbədən yıxılan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Day.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü vətəndaşın yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə köməksiz vəziyyətdə qalmış vətəndaşı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости