https://news.day.az/azerinews/1871050.html ABŞ yaxın zamanda İrana zərbələri bərpa edə bilər ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirməyə başlaya bilər. Day.Az xəbər verir ki, bu barədə MS NOW telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

ABŞ yaxın zamanda İrana zərbələri bərpa edə bilər

Azərbaycanca, 31 октября 2026 11:27 (UTC +04:00) 188
ABŞ yaxın zamanda İrana zərbələri bərpa edə bilər

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirməyə başlaya bilər.

Day.Az xəbər verir ki, bu barədə MS NOW telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, ABŞ administrasiyası Fars körfəzi ölkələrindən bir neçəsini noyabrın 4-də başlaya biləcək "qısa və intensiv zərbələr mərhələsi"nə hazırlaşmağın zəruriliyi barədə məlumatlandırıb.

Qeyd olunur ki, Vaşinqtonun Fars körfəzi regionundakı müttəfiqləri hücumların bərpa olunacağı təqdirdə İranın cavab tədbirləri görəcəyindən ehtiyat edərək gərginliyin azaldılmasına nail olmağa çalışırlar. Adı açıqlanmayan regional rəsmilərdən birinin sözlərinə görə, bəzi Fars körfəzi ölkələrinin ABŞ Silahlı Qüvvələrinin onların ərazilərində yerləşən bazalardan zərbələr endirməsinə qarşı çıxması təəccüb doğurmaycaq.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости