https://news.day.az/azerinews/1871054.html Ölkəmizin bu ərazisinə qar yağdı Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda isə arabir qar yağıb. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Ölkəmizin bu ərazisinə qar yağdı

Azərbaycanca, 31 октября 2026 11:43 (UTC +04:00) 181
Ölkəmizin bu ərazisinə qar yağdı

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda isə arabir qar yağıb.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıda 8, Qobustan, Qəbələ, Astarada 7, Şahbuz, Tərtər, Kürdəmirdə 6, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5, Gəncə, Neftçala, İmişlidə 4, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2, Balakən, İsmayıllı, Beyləqan, Cəlilabad, Naftalan, Naxçıvan, Şərur, Ordubad, Culfa, Şabran, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da arabir yağış yağıb.

Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости