https://news.day.az/azerinews/1871073.html “44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. Belə ki, 15 gün ərzində "44"  filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə rekord baxış deməkdir.

“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb

Azərbaycanca, 31 октября 2026 13:00 (UTC +04:00) 350
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb

Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb.

Day.Az xəbər verir ki, belə ki, 15 gün ərzində "44"  filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə rekord baxış deməkdir.

Qeyd edək ki, "44" filminin kinozallarda nümayişi anşlaqla keçir və izləyici marağı nəzərə alınaraq seansların sayı artırılıb. Seansların sayını yenə də  artırmaq mümkün olacağı təqdirdə, filmin ümumi izləyici sayının daha yüksək olacağı proqnozlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости