https://news.day.az/azerinews/1871099.html “ChatGPT”nin dərmanlarla bağlı tövsiyəsi 31 yaşlı kişinin ölümü ilə nəticələndi ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Day.Az xəbər verir ki, ailənin bildirdiyinə görə, epilepsiyadan əziyyət çəkən Van qəbul etdiyi dərmanların yan təsirləri ilə bağlı "ChatGPT"yə müraciət edib.

“ChatGPT”nin dərmanlarla bağlı tövsiyəsi 31 yaşlı kişinin ölümü ilə nəticələndi

Azərbaycanca, 1 ноября 2026 03:46 (UTC +04:00) 246
“ChatGPT”nin dərmanlarla bağlı tövsiyəsi 31 yaşlı kişinin ölümü ilə nəticələndi

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Day.Az xəbər verir ki, ailənin bildirdiyinə görə, epilepsiyadan əziyyət çəkən Van qəbul etdiyi dərmanların yan təsirləri ilə bağlı "ChatGPT"yə müraciət edib.

İddia ərizəsində qeyd olunur ki, çatbot ona dərmanları mərhələli şəkildə dayandırmaq üçün plan hazırlayıb və bu qərarı həkimlərindən gizlətməyi tövsiyə edib. Daha sonra Van evində epileptik tutma keçirərək həyatını itirib.

Ailənin vəkili Metyu Berqman "OpenAI" məhsulunun tibbi məsləhət verə bilən vasitə kimi təqdim edilməsini tənqid edib. Hadisə süni intellekt sistemlərinin yanlış tibbi məlumatlarına görə hüquqi məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости