https://news.day.az/azerinews/1871177.html Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - Cinayət işi AÇILDI Sumqayıtda məktəbli qız küçədə döyülüb. Day.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgili münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub.

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - Cinayət işi AÇILDI

Azərbaycanca, 31 октября 2026 21:33 (UTC +04:00) 402
Sumqayıtda məktəbli qızı  sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb.

18 yaşlı Samir Musayev (şərti adla) sevgili münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Faktla bağlı S. Musayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, hadisə qısqanclıq səbəbilə yaranıb. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Həmçinin orta məktəblərin birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S. Musayev məsuliyyətdən azad olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости