https://news.day.az/azerinews/729975.html Bu ölkənin vətəndaşları Avropaya vizasız gedəcək - FOTO

Bu ölkənin vətəndaşları Avropaya vizasız gedəcək - FOTO

Azərbaycanca, 19 декабря 2015 09:27 (UTC +04:00) 717
Bu ölkənin vətəndaşları Avropaya vizasız gedəcək

Day.Az представляет новость на азербайджанском языке

Avropa Komissiyasının hesabatına əsasən, müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında bildirilir.

"Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər", - məlumatda deyilir.

Dekabrın 18-də Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости