Azərbaycanın hava limanlarında viza mərkəzləri açılacaq

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycana bütün beynəlxalq hava limanlarından gələn sərnişinlər üçün fevralın 1-dən etibarən viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.

"Report"un "Azərbaycan Hava Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, bu mərkəzlərdə Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, eyni zamanda Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.