https://news.day.az/azerinews/841271.html Əflatun Amaşov: "Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir"

Əflatun Amaşov: "Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir"

Azərbaycanca, 16 ноября 2016 12:10 (UTC +04:00) 897
Əflatun Amaşov: "Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir"

Day.Az представляет новость на азербайджанском языке

Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərlərinin Azərbaycana gəlmələri, burada həyata keçirilən yenilikləri görmələri onların rəhbərlik etdiyi agentliklərdə ölkəmizlə bağlı daha dolğun məlumatların yayılmasını əsaslandırır:

"Belə tədbirləri keçirməklə Azərbaycan mediası beynəlxalq mediaya daha çox inteqrasiya olunur. Bu cür tədbirlər Azərbaycan kütləvi informasiya vasitələri ilə dünya media vasitələrinin əlaqələrini də möhkəmləndirir, qarşılıqlı münasibətlər, əməkdaşlıqlar yaranır".

Ə.Amaşov bildirib ki, belə tədbirlərdə dünyada baş verən hadisələrə nəzər salınır:

"Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, medianın vəziyyəti barədə dolğun məlumat verdi. Tədbirdə iştirak edən nümayəndələrin Azərbaycan haqqında məlumatları birbaşa Prezidentin çıxışından əldə etməsi, bu kimi tədbirləri biz və iştirakçılar üçün əhəmiyyətli edir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости