Arzu Nağıyev: "Tariflərin diferensiallaşması vətəndaşların maraqlarının müdafiəsi prinsipi üzərində qurulub"
Day.Az представляет новость на азербайджанском языке
Tarif Şurasının son qərarı ilə diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Bu barədə Trend-ə ekspert Arzu Nağıyev deyib.
O qeyd edib ki, məqsəd ondan ibarətdir ki, hər kəs öz gəlirinə uyğun olaraq istifadə etdiyi elektrik enerjisi və digər kommunal xərcləri ödəsin:
"Bu qərar ola bilsin ki, müəyyən qədər qiymət fərqinə gətirib çıxarsın. Amma dəyişiklik insanların büdcəsinə uyğun olaraq istifadə etdiyi kommunalın müvafiq bölünməsindən ibarətdir. Differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək".
Ekspert həmçinin, əlavə edib ki, hökumətin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре