https://news.day.az/azerinews/865161.html Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

Azərbaycanca, 2 февраля 2017 19:03 (UTC +04:00) 1 054
Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) yerli KİV-lərin terror hadisələri ilə bağlı məlumat verməsini məhdudlaşdıran yeni tədbirlər qəbul edib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, yeni qərara əsasən Türkiyə telekanalları terror hadisəsi barədə görüntü və "Son dəqiqə" yazısı olmadan yalnız rəsmi şəxslərin məlumatlarını çatdıra biləcək və "qaçan sətirlər" təqdim edəcək.

Bundan başqa, mətbuat orqanları hadisə yeri ilə əlaqədar yalnız rəsmi qurumların təqdim etdiyi video və fotogörüntüləri yayımlaya bilər.

Hadisəni törətməkdə şübhəli bilinən terror təşkilatlarının da adlarının çəkilməsi qadağan edilir.

Qeyd olunub ki, bu qaydaları pozan teleyayımçılara qarşı cərimə sanksiyaları tətbiq olunacaq. Bir kanal bir il ərzində iki dəfə qaydanı pozarsa, 15 gün müddətində yayımı dayandırılacaq, üçüncü dəfə isə lisenzsiyası ləğv ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости