https://news.day.az/showbiz/581019.html "Eurovision"un ikinci yarımfinalı İTV-də yayımlanacaq

"Eurovision"un ikinci yarımfinalı İTV-də yayımlanacaq

Шоу-бизнес, 21 мая 2015 16:07 (UTC +04:00) 2 407
"Eurovision"un ikinci yarımfinalı İTV-də yayımlanacaq

Day.Az представляет новость на азербайджанском языке. 

"Eurovision-2015"in ikinci yarımfinalı İTV-də yayımlanacaq. 

"Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı vermişdi.

İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.

17 ölkənin təmsilçisi səhnəyə çıxacağı və "Wiener Stadthalle" arenasında keçiriləcək gecədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısı ilə 11-ci sırada çıxış edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости