Gülay: "Yeri gələndə döyürük də, qışqırırıq da" - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Gülay Zeynallı tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən sənətçi yeniliklərindən də bəhs edib:

"Sentyabrda yeni mahnılarla, kliplə efirə çıxacam. Sözləri Qənirə Paşayeva, musiqisi Aynur Adilqızına aid olan "Sevgilim" adlı mahnıma klip çəkdirmişəm. Payızda efirə gedəcək. Yeni albomum İstanbulda hazırlanır. Bu günə kimi oxuduğum mahnılarla yanaşı, içərisində yeni bəstələr də var. Konsert də planlaşdırıram".

G.Zeynallı ona həyat yoldaşının maddi dəstək olduğunu deyib:

"Mən səsinə, istedadına güvənən xanımam. Amma səhnə dekorasiyası üçün külli miqdarda pul lazımdır. Mənə maddi baxımdan köməklik edən Kamildir (həyat yoldaşı, idmançı Kamil Zeynallı - red.). Konsert onsuz da maddiyat tələb edir. Pul məsələlərin həyat yoldaşım həll edir".

Müğənni qızı Sahilədən də danışıb: "Uşaq elədir ki, hər dəfə eyni davranmaq mümkün deyil. Yeri gələndə döyürük də, qışqırırıq da. Amma atasının sözü mütləqdir. Ana beş dəfə əsəbiləşsin, atanın bir dəfə hirslənməsi bəs edir".

Şəkilləri böyütmək üçün klikləyin: