https://news.day.az/society/614725.html Bakıda ucuz avtomobillər satılır - SİYAHI

Bakıda ucuz avtomobillər satılır - SİYAHI

Общество, 19 сентября 2015 12:47 (UTC +04:00) 12 367
Bakıda ucuz avtomobillər satılır - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке.


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 6-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

ƏMDK-dan verilən məlumata görə, oktyabrın 6-da keçiriləcək hərraca ümumilikdə 7 avtomobil çıxarılacaq.

Həmin avtomobillərin arasında 2005-ci il istehsalı olan Volkswagen Passat, 2007-ci il istehsalı olan 3 ədəd Nissan Maxima, 2006-ci il istehsalı olan KİA Magentis-Optima, 2006-ci il istehsalı olan Chevrolet Lacetti və 2003-cü il istehsalı olan KAMAZ-65115 var.

Onu da əlavə edək ki, Volkswagen Passat 7 565 manatdan, Nissan Maxima 7 449, KİA Magentis-Optima 7 168, Chevrolet Lacetti 3 415, KAMAZ-65115, 4 570 manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.

Qeyd edək ki, Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan Volkswagen Passat-ın qiyməti 7 600 dollar və ya 7960 manat, 2007-ci il istehsalı olan Nissan Maximanın qiyməti 9 500 dollar və ya 9 950 manat, Chevrolet Lacetti-nin qiyməti isə 6 000 dollar və ya 6 284 manatdır.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости