Dilarə Kazımova: “Bu məni restoran biznesinə yönəldib”
Day.Az представляет новость на азербайджанском языке.
Müğənni Dilarə Kazımova çox yediyini etiraf edib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Formaggio" dərgisinə müsahibəsində əsl qurman olduğunu deyib:
"Yeməyi çox sevirəm. Mən həmişə acam. Dostlarımdan soruşsanız, onlar da təsdiqləyər ki, Dilarə daima yemək istəyir. Ən çox da düşbərə və spagettini xoşlayıram. Fərqli yeməklər dadmaq istəyirəm, həmişə axtarışdayam. Axı aşpazlar müxtəlifdir və yeməklərə yanaşmaları da fərqlidir. Əminliklə deyə bilərəm ki qurmanam (gülür). Yeməkdən həzz almağı bacarıram. Mənim üçün yemək özü bir sənət əsəridir. Amma yemək bişirə bilmirəm, heç həvəsim də yoxdur.
Əvəzimə rəfiqələrim çox gözəl yeməklər hazırlayırlar. Ona görə onlara tez-tez zəng edirəm ki, sizə qonaq gəlirəm, acam, yeməyə nə var?"
Dilarə yemək sevgisinin onu restoran biznesi qurmağa yönəltdiyini bildirb:
"Bu sevgi məni restoran biznesinə yönəldib. Nə vaxtsa restoran açmaq istəyirəm. Orada elə yeməklər bişəcək ki, heç kim dadından doymayacaq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре