https://news.day.az/azerinews/1767598.html Paytaxtda evlərdən 11 min manata yaxın pul oğurlanıb: saxlanılanlar var Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

Paytaxtda evlərdən 11 min manata yaxın pul oğurlanıb: saxlanılanlar var

Azərbaycanca, 14 июля 2025 14:27 (UTC +04:00) 404
Paytaxtda evlərdən 11 min manata yaxın pul oğurlanıb:

Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости