https://news.day.az/azerinews/1768047.html Azərbaycan “AI-92” markalı benzinin idxalını 8 dəfədən çox artırıb - ÖLKƏLƏR/SİYAHI Bu ilin yanvar-may yalarında Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib. Day.Az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Azərbaycan “AI-92” markalı benzinin idxalını 8 dəfədən çox artırıb - ÖLKƏLƏR/SİYAHI

Azərbaycanca, 16 июля 2025 12:06 (UTC +04:00) 444
Azərbaycan “AI-92” markalı benzinin idxalını 8 dəfədən çox artırıb

Bu ilin yanvar-may yalarında Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 73,2 min ton və ya 8,5 dəfə, dəyər baxımından isə 56,6 milyon ABŞ dolları və ya 8,2 dəfə çoxdur.

 

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi iki ölkəyə (Gürcüstan və Türkiyə) dəyəri 1,3 milyon ABŞ dolları olan 2089 ton "Aİ-92" markalı benzin ixrac edilib.

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə "Aİ-92" markalı benzin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın "Aİ-92" markalı benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

14496,86

12610,53

Rusiya

64834,47

48806,75

Rumıniya

3670,04

2978,6

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости