https://news.day.az/azerinews/1802134.html Bulvarda oğurluq edən şəxslər saxlanılıb Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bulvarda oğurluq edən şəxslər saxlanılıb

Azərbaycanca, 13 декабря 2025 12:35 (UTC +04:00) 372
Bulvarda oğurluq edən şəxslər saxlanılıb

Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalında unutduğu bank kartı ələ keçirilərək hesabında olan maddi vəsait talanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə U.Əmiraslanova və R.Hüseynli qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı isə zərərçəkənin ticarət mərkəzlərindən birinin qarşısına park etdiyi velosipedini, digər vətəndaşın isə qapısı açıq qalmış avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən B.Abdullayev və F.Süleymanov da müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости