Sumqayıtda yaşıllıqların məhv edildiyi barədə iddialara aydınlıq gətirilib

Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqlarin kəsilməsi ilə bağlı sosial mediada görüntülər yayılıb.

Məsələni aydınlaşdırmaq üçün Sumqayit İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Day.Az xəbər verir ki, İcra Hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar həqiqəti əks etdirmir:

"Qeyd olunan ərazidə ağac kəsilməyib", - icra hakimiyyətinin məlumatında bildirilib.

Qeyd edək ki, sosial mediada yayılan görüntülər Şəhidlər Xiyabanı ilə Göyərçin abidəsi arasında yerləşən ərazidədir. Sakinlər bu ərazidəki ağac və kollar kəsilib məhv edildiyini iddia edirlər.